“Proqnozlar nikbindir və artım tempi saxlanacaq” İQTİSADÇI MİLLƏT VƏKİLİNİN PROQNOZU

Pandemiyanın təsirlərinə baxmayaraq, 2021-ci ilin birinci rübünün yekunlarında Azərbaycanın qeyri-neft ixracatı müstəqillik dövründə ən böyük həcmdə olub. Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov deyib.
Millət vəkilinin sözlərinə görə, praktik olaraq Azərbaycan birinci rübün yekunlarında rekord səviyyədə qeyri-neft məhsullarını ixrac etmək imkanlarına malik olub.
"Qeyri-neft ixracatının artması Türkiyənin və Azərbaycanın qeyri-neft ixracatındakı payının yüksəlməsi ilə bağlıdr. Nəzərə alaq ki, Türkiyə Azərbaycanın qeyri-neft ixracatında ən böyük tərəfdaşıdır. Eyni zamanda, Türkiyə ilə yanaşı Azərbaycan artıq yeni ənənəvi olmayan, yeni ticarət tərəfdaşlarına da qeyri-neft məhsullarını ixrac edir ki, bu da qeyri-neft ixracatımızdakı artıma səbəb olub. Eləcə də qeyri-neft ixracatının strukturundakı dəyişikliklər və xüsusən də, emaledici məhsulların payının artması qeyri-neft ixracatının ümumi həcminin artmasına səbəb olan əsas faktorlardan biridir. Bu da təbii ki, növbəti dövlərdə də qeyri-neft sektorunun ixrac imkanlarının genişlənəcəyindən xəbər verir. Nəzərə alsaq ki, qeyri-neft ixracatında ənənəvi, xüsusən, kənd təsərrüfatı məhsullarından daha çox emaledici məhsullara keçid müşahidə olunur ki, bu da qeyri-neft ixracatında dayanıqlığın təmin edilməsi baxımından vacibdir. Bu baxımdan 2021-ci il üçün qeyri-neft ixracatı ilə bağlı proqnozlar nikbindir və güman olunur ki, artım tempi növbəti dövrlərdə də qorunub saxlanacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə