Dünya İqtisadi Forumu ilə əməkdaşlıq çox əhəmiyyətlidir TƏHLİL

Son günlər ölkəmizin siyasi gündəmi kifayət qədər zəngindir. Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfəri, keçirdiyi görüşlər həm vətəndaşlarımız, həm də beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Bütün bu qeyd olunanlar təkcə izlənilmir, hətta beynəlxalq səviyyədə belə yüksək qiymətləndirilir və ölkə rəhbərinin son görüşlərinə nəzər salsaq, bunun əyani şahidi olarıq.
İlk növbədə qeyd eymək lazımdır ki, Azərbaycan regional və qlobal iqtisadi-syasi proseslərin fəal iştirakçısıdır. Təbii ki, buna zəmin yaradan amillər var və bu amillərin birincisi, məhz cənab Prezident İlham Əliyevin uzun illərdən bəri böyük səbr və qətiyyətlə həyata keçirdiyi ardıcıl, düşünülmüş, uzaq strateji hədəflərə hesablanmış siyasətidir. Bu düşünülmüş siyasət hazırda uğurla davam edir və müsbət nəticələri barədə gözləntilər var. Dövlət başçısının bir neçə gün ərzində keçirdiyi görüşlərin, həyata keçirdiyi səfərlərin siyahısına nəzər salsaq, atılan hər addımın ölkəmizin inkişafına, vətəndaşlarımızın təhlükəsiz həyatının və rifahının təmin edilməsinə, regionda davamlı sülhün əldə edilməsinə xidmət etdiyinə bir daha əmin oluruq.

Son günlər ərzində, Azərbaycan Prezidentinin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda çıxışı, ailə üzvləri ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarında bir sıra mühüm obyektlərin və infrastruktur layihələrinin təməlini qoyması, Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə onunla videokonfrans formatında görüş keçirməsi, “Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul etməsi, məhz ölkəmizin inkişafına, vətəndaşlarımızın təhlükəsiz həyatının, rifah halının daha da yaxşılaşdırılmasına, regionda davamlı sülhün əldə edilməsinə hesablanıb.

Xatırladaq ki, bu yaxında ABŞ dövlət katibi Entoni Blinken də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə telefonla zəng edib və bu fakt da təsdiq edir ki, ölkə başçımızın regionda genişmiqyası, çevik bir siyasət yürütdüyü dünya ölkələrinin diqqətindən yayınmır və buna müsbət münasibət baslənilir. Entoni Blinkenin zəngi ölkəmizin mövqelərinin möhkəmləndirilməsi, milli maraqlarımızın təmin edilməsi istiqamətində əldə edilən uğurlara olan müsbət münasibəti də ifadə edir desək, yanılmarıq. Xüsuilə qeyd etmək lazımdır ki, ABŞ dövlət katibi Entoni Blinkenin telefon zəngi və səsləndirdiyi fikirlər, Amerika Birləşmiş Ştatlarının ölkəmizə verdiyi dəyəri, cənab Prezident İlham Əliyevin qlobal baxış bucağına, prinsipial və ədalətli mövqeyinə hörməti və ehtiramını təsdiq etməklə yanaşı, ölkə başçımızın bir lider kimi yüksək beynəlxalq nüfuza sahib olduğunun isbatıdır.

Məlum olduğu kimi, Dünya İqtisadi Forumu ilə ölkəmiz arasında uzunmüddətli səmərəli əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlığın əhəmiyyəti, səmərəliliyi heç şübhəsiz ki, hər iki tərəf üçün kifayət qədər böyükdür. Məhz buna görə də görüşdə, ölkəmizlə Dünya İqtisadi Forumu arasında uzunmüddətli səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirildi. Hətta, bu əməkdaşlıq çərçivəsində Azərbaycanın Dünya İqtisadi Forumunun bir sıra təşəbbüslərində fəal iştirak etdiyi qeyd olundu ki, bu heç də təsadüfi deyildi.
Cənab Prezident İlham Əliyevlə görüşdə Borge Brendenin investisiyaların cəlb edilməsi üçün ölkəmizdə yaxşı mühitin olduğunu vurğulaması bu əməkdaşlığın bundan sonra daha da genişlənəcəyindən xəbər verir. Bu ələlxüsus ondan xəbər verir ki, əməkdaşlığın daha da genişləndirilməsi sayəsində Azərbaycan işğaldan azad edilmiş əraziləri iqtisadi cənnətə çevirəcək. Təbii ki, bütün bunlar da öz növbəsində, Qarabağda həyata keçiriləcək layihələr, eyni zamanda regiondakı iqtisadi proseslərə stimul verəcək. Bir sözlə, görünür ki, ərazilərimizdə qarşıda daha böyük işlər və ölkəmizi daha böyük gələcək gözləyir.
Cənab Prezident İlham Əliyevin Borge Brendeyə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri, investisiyaların cəlb olunması barədə məlumat verməsi də təsadüfi deyildi. Ölkə rəhbərimizin, həmin ərazilərdə yenidənqurma prosesi getməsi, qarşıda nəhəng işlər olduğu, böyük bir ərazinin tamamilə yenidən qurulacağı barədə dedikləri də onu göstərir ki, indi səylərin əsas istiqaməti ərazilərin yenidən qurulması olacaq və bu, həmçinin ölkə iqtisadiyyatının qeyri-enerji sektoruna, xüsusilə tikinti sahəsinə təkan verəcək.

Bir neçə gün əvvəl “ağıllı kənd” konsepsiyası ilə yenidən qurulacaq kəndlərin təməlinin qoyulduğunu vurğulayan dövlətimizin başçısı perspektivdə mühüm layihələrin olduğunu əbəs yerə diqqətə çatdırmayıb. İşğaldan azad edilmiş ərazilərin “yaşıl zona” elan etdiyi, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasından istifadə olunacağı da təsadüfi qeyd olunmayıb. Bununla Cənab Prezident şəhərlər üçün baş planların hazırlandığını, enerji istehsalı, elektrik enerjisi, avtomagistrallar, dəmir yolları, hava limanları ilə bağlı infrastruktur layihələrinin həyata keçirildiyini bildirib və bu sahədə Dünya İqtisadi Forumu ilə əməkdaşlığın perspektivlərinə toxunub. Heç şübhəsiz ki, şəxsən Cənab Prezident tərəfindən sadalanan layihələr əməkdaşlıq üçün imkanlar deməkdir və bundan gələcəkdə istifadə olunacağı təkzib edilə bilməz. Çünki, belə layihələr məhz Dünya İqtisadi Forumu üçün də maraq kəsb edir və biz bunun yaxın gələcəkdə bəhrəsini, nəticələrini görəcəyik.

Görüşdə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinin afilə edilmiş Azərbaycan Mərkəzinin fəaliyyəti də vurğulanıb. Dövlətimizin başçısı MDB regionunda ilk bu cür mərkəzin məhz Bakıda yaradılmasına diqqət çəkib. Əlbəttə ki, iqtisadiyyatı şaxələndirmək və islahatları davam etdirmək üçün, eləcə də investisiyaları cəlb etmək baxımından mərkəzin rolu danılmazdır və məhz bunu da ölkə başçımız xüsusilə qeyd edib. Xatırladaq ki, bu mərkəzin də əsası 2020-ci ildə Davosda Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin niyyət məktubunu imzalaması ilə qoyulub. Mərkəzin fəaliyyətinin təşkili üçün Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlıq da artıq təmin olunub. İlkin mərhələdə artıq süni intellekt və rəqəmsal iqtisadiyyatla bağlı təhlillər də aparılır. Məhz həmin mərkəzin fəaliyyəti ilə tanış olmaq üçün cənab Prezident Borge Brendeni Azərbaycana səfərə dəvət edib.

Borge Brende isə öz növbəsində investisiyaların cəlb edilməsi üçün ölkəmizdə əlverişli mühitin olduğunu deməklə, əslində, əməkdaşlığın gələcək perspektivlərinin olduğuna əminlik ifadə edib. Forumun pezidenti azərbaycanlı gənclərin çox mükəmməl olduqlarını vurğulayaraq, onların Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi işinə töhfə verəcəklərinə də əminliyini bildirib və bütün bunlar təsdiq edir ki, Dünya İqtisadi Forumunun ölkəmizlə əməkdaşlıqdan gözləntiləri böyükdür. Bu həm də onu göstərir ki, ölkəmizlə, Azərbaycanla əməkdaşlığa böyük maraq var.

Əlbəttə ki, ölkə rəhbərinin hər bir görüşündə səsləndirilən fikirlər, irəli sürülən layihələr Azərbaycanın maraqlarına, vətəndaşların rifah halının daha da yaxşılaşdırılmasına, sülh və əmin-amanlığın, təhlükəsizliyin, ərazi bütövlüyümüzün, suverenliyimizin qorunub saxlanılmasına hesablanıb. Atılan addımların iqtisadi yüksəliş üçün olduğu da göz qabağındadır və göründüyü kimi, iqtisadiyyatı güclü olan ölkə daim qələbələr qazanmaq əzmindədir və biz, 44 günlük müharibədə bunun şahisi olduq.
Heç şübhəsiz ki, Dünya İqtisadi Forumu ilə ölkəmiz arasında uzunmüddətli səmərəli əməkdaşlıq müxtəlif sahələrin inkişafına, ümumilikdə isə iqtisadi irəliləyişə öz tövhəsini verəcək. İşğaldan azad olunan ərazilərimizdə kənd təsərrüfatı, sənaye, istehsal sahələri ilə yanaşı, turizmin də inkişaf etdirilməsi gözlənilir. Bunun üçün kifayət qədər şərait, imkan var və Dünya İqtisadi Forumu ilə əməkdaşlıq bu baxımdan çox əhəmiyyətlidir.

Nəzərə almaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı bitgilərinin əkilib-becərilməsi perspektivləri böyükdür. Həmin ərazilərdə hektarlarla böş yerlər var ki, əkin üçün yararlıdır və bu torpaqlarda əkin sahələrinin olması məhsul bolluğu deməkdir. Bu, həm ölkənin daxili tələbatının ödənilməsi, həm də xarici bazarlara çıxış imkanlarının, ölkəmizin ixrac potensialının artması anlamına gəlir. Təkcə əkin sahələri deyil, meyvə bağlarının salınması, bostan bitgilərinin əkilib-becərilməsi üçün də imkanlar var və həqiqətən də işğaldan azad olunan ərazilərin yaxın gələcəkdə cənnətə çevriləcəyinə zərrə qədər şübhə ola bilməz. Nəticə etibarı ilə bütün bunlar Azərbaycanın büdcə gəlirlərinin artmasına, vətəndaşların yaşayış şəraitinin daha da yüksəlməsinə gətirib çıxaracaq.

Təkcə kənd təsərrüfatı, sənaye və istehsal sahələri deyil, işğaldan azad olunmuş ərazilərdə türizmin iknişafı üçün də potensial böyükdür. Təbii ki, dilbər guşəmiz olan Qarabağa türistlərin axını da böyük perspektivlər vəd edir və bu türist axını, turistlərin cəlb olunması turizm biznesinin yaradılması deməkdir. Türizmin inkişaf etdirilməsi də öz növbəsində infrastrukturun daha da yaxşılaşdırılmasına, ərazilərin daha da gözəlləşdirilməsinə, yaşıllaşdırılmasına, quruculuq-abadlıq işlərinin, tikinti sektorunun vüsət almasına təkan verəcək.

İşğaldan azad olunmuş ərazilərimizdə istər kənd təsərrüfatının, istər sənayenin, istehsalın, istər turizmin və digər sahələrin fəaliyyətinin təşkil olunması, qurulması və inkişaf etdirilməsi həm də məşğulluq səviyyəsinin artması, işsizliyin azalması deməkdir. Bu isə öz növbəsində əhalinin gəlirlərinin artması, yoxsulluq səviyyəsinin azalması baxımından çox əhəmiyyətlidir. Çünki, istehsal sahələrinin yaradılması, əkinçilik, bağçılıq, bostançılıq sahələrinin həmi ərazilərdə salınması, turizmin yaradılması minlərlə vətəndaşımızın həmin ərazilərdə işlə təmin edilməsi deməkdir.

Bir sözlə, işğaldan azad olunmuş ərazilərimizdə iqtisadiyyatın müxtəlif sahələrinin fəaliyyətinin qurulması, inkişaf etdirilməsi qarşısıalınmaz prosesdir. Təbii ki, bütün bunların ölkəmiz üçün əhəmiyyətinin olması ilə yanaşı, görünür, Dünya İqtisadi Forumu kimi bir çox qurumlar üçün də maraq kəsb edir. Ümumiyyətlə, Azərbaycan əməkdaşlıq üçün ən münbit şəraiti olan ölkədir və göründüyü kimi, bu, bütün dünyanın maraq dairəsindədir. Məhz elə Dünya İqtisadi Forumu da ölkəmizlə əməkdaşlığa böyük önəm verir və forumun prezidenti Borge Brendenin timsalında bu maraq göz qabağındadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...