"Bakı-Tiblisi-Qars dəmir yolunun əhəmiyyəti xeyli artıb" Adil Karaismailoğlu

"Ötən ilin I rübündə təxminən 78 min ton olan Bakı-Tiblisi-Qars dəmir yolu xətti ilə yük daşımaları, bu ilin eyni dövründə 2 468 vaqona və ya 154 min 836 tona çatıb”. SİA Türkiyənin Sabah qəzetinə istinadən xəbər verir ki, bunu nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.

"Koronavirus pandemiyası şəraitində ticarətin davamlılığını təmin etmək üçün dəmir yolu nəqliyyatı daha təsirli hala gəlib. Bu ilin I rübündə daxili və beynəlxalq dəmir yolu ilə daşımalar ötən ilin eyni dövrü ilə müqayisədə 30 % artıb. Ötən il Avropa istiqamətində dəmir yolu ilə yükdaşımalar 2019-cu illə müqayisədə 25 % artıb və bu ildə eyni sürət davam edir”, - deyə o bildirib.

Türkiyə-İran arasında yükdaşımaları bu il 1 milyon tona çıxarılması gözlənilir və İran üzərindən Pakistan, Əfqanıstan və Çinə yük daşımaları üçün işlərə davam edildiyini ifadə edən A. Karaismailoğlu: "Dost və qardaş ölkələrin iş birliyi ilə çox gözəl layihələr həyata keçirilir, bunun ən konkret nümunəsi BTQ dəmir yolu xəttidir.

Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistana, ayrıca Rusiya və Çin istiqamətində bloq yük qatarları işləyir və Süveyş kanalındakı qəzanın səbəb olduğu böhran Orta Koridorun əhəmiyyətini ortaya qoydu”.

A.Karaismailoğlu qeyd edib ki, ötən il BTQ dəmir yolu xətti və Orta Koridorla yük daşımaları 2019-cu illə müqayisədə 104 % artaraq 396 min 778 tona çatıb: "Dünya dəmir yolu ilə yük daşımalarına yeni bir istiqamət verən BTQ və Orta Koridora pandemiya səbəbi ilə böyük tələb var. Orta Koridor ölkəmizin liman əlaqələri sayəsində Asiyadakı yük hərəkətliliyini Yaxın Şərq, Şimali Afrika və Aralıq dənizi regionuna çatması üçün mühüm fürsət təqdim edir. İllik 710 milyard ABŞ dolları çivarında olan Avropa-Çin ticarət həcmindən Orta Koridorun keçdiyi ölkələr mühüm ölçüdə iqtisadi qazanc əldə edəcəklər”.

"Çin-Türkiyə-Avropa marşrutu bu günə qədər 15 yük qatarı Marmaraydan keçərək ümumilikdə 11 min 483 kilometrlik məsafəni 18 günə tamamlayıb. Bu dəmir yolu xətti ilə Çin-Türkiyə-Avropa marşrutu ilə başladılan bloq konteyner-qatar daşımaları davam edir. Çin-Türkiye-Avropa xəttində ümumilikdə 19 bloq qatar müvəffəqiyyətlə işləyir. Türkiyədən Çinə 4 bloq qatarından başqa, son olaraq Kütahyadan (Değirmenözü) 2 ədəd bor yüklü qatar bu ölkəyə yola salınıb. Ölkəmiz və Çin arasında bor ixrac qatarları davamlı şəkildə fəaliyyət göstərəcək.

Çin önümüzdəki illərdə "Şimal" xətti olaraq da tanınan və Çin-Rusiya (Sibir) üzərindən Avropaya gedən illik 5 min bloq qatarın 30 %-ni Türkiyə istiqamətində yönəltməyi planlaşdırır. Bunun isə ildə 1,5 min qatarın tranzit olaraq Türkiyədən keçərək Avropaya çatması deməkdir.

BTQ vasitəsi ilə başladılan Türkiyə-Rusiya (Türkiyə-Gürcüstan-Azərbaycan-Rusiya) dəmir yolu daşımaları ilə yeni bir Şimal-Cənub Koridoru formalaşdırılıb, fəqli istiqamətlərə, məhsul qruplarının daşınmasına imkan verir. Bu xətt vasitəsi ilə 8 gündə icra edilən daşımalar gedərək artacaq.

Bundan sonrada dəmir yolu sektoruna əhəmiyyət verməyə davam edəcəyik. Türkiyəni logistika mərkəzi etmək hədəfi ilə dəmir yolu sektoruna investisiyalarımızın istiqaməti həmişə müsbət yöndə olub. Dəmir yollarının 2023-cü ilə qədər nəqliyyat investisiyalarındakı payı 60 %-lərə çatacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...