Azərbaycanda cari ildə fındıq ixracı azalıb

Azərbaycanda cari ildə fındıq ixracı azalıb
Azərbaycan 2021-ci ilin əvvəlindən 3 min tondan çox fındıq ixrac edib, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azdır. SİA Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucova istinadən bildirir ki, ilin əvvəlindən fındıq ixracından gəlir 20 milyon manatı ötüb: ""2020-ci ilin birinci yarısında Azərbaycan daha çox Rusiya bazarına fındıq ixrac etmişdi. İlin sonunda İtaliyaya ixrac kəskin artıb. 2021-ci ildə biz Misir və Pakistana ixraca başlamağı və İtaliyaya ixracı artırmağı planlaşdırırıq". O əlavə edib ki, hazırda fındığın bir tonunun qiyməti 11-12 min dollara bərabərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə