Ən çox hansı ölkələrə məhsul satılıb?

Ən çox hansı ölkələrə məhsul satılıb?

2020-ci ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixrac 193,7 milyon ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında məlumat yayılıb.
Məlumatda qeyd olunur ki, qeyri-neft sektorunun ümumi ixracda payı 2020-ci ilin noyabr ayında 23,4 faiz təşkil edib və ötən dövrlə müqayisədə, bu rəqəm 9,3 faiz çoxdur.
2020-ci ilin noyabr ayında yeyinti məhsullarının qeyri-neft sektorunda payı 50,3 faiz, qeyri-yeyinti sektoru üzrə isə 49,7 faiz təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ən çox mal bu ilin noyabr ayında Rusiyaya (77,5 milyon ABŞ dolları), Türkiyəyə (35,1 milyon ABŞ dolları), İsveçrəyə (24,8 milyon ABŞ dolları), Gürcüstana (7,9 milyon ABŞ dolları) və İtaliyaya (7,3 milyon ABŞ dolları) ixrac edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə