Hesablama Palatasının gələn il üçün xərclər smetası təsdiq edilib - RƏSMİ
Azərbaycan Hesablama Palatasının gələn il üçün xərclər smetası 9.1 milyon manat məbləğində nəzərdə tutulur. SİA-nın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, bu vəsaitin 92.2 faizi əmək haqqının ödəniməsi üçün nəzərdə tutulur.
Hesablama Palatasının xərclər smetası səsverməyə qoyularaq qəbul edilib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB