\"Qara qızıl\"ın qiyməti yenə də ucuzlaşır

\"Qara qızıl\"ın qiyməti yenə də ucuzlaşır
Neftin qiymətində yenə də ucuzlaşma baş verib. SİA-nın məlumatına görə, neftin qiymətinin ucuzlaşmasına səbəb kimi Yunanıstanın Avropa Şurasından gözlənilən maliyyə yardımı almaması və ABŞ iqtisadiyyatındakı geriləmə göstərilir. Londonun ICE Futures birjasında iyun fyuçerslərində Brent markalı neftin bir barelinin qiyməti 1,10 dollar azalaraq 112,73 dollar olub. Nyu-Yorkun NYMEX birjasında WTI markalı neftin bir barelinin qiyməti isə 2,28 dollar azalaraq 97,37 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə