Sahibkarlığın İnkişafı Fondu yeni qrafik çarx hazırlayıb

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların maarifləndirilməsi istiqamətində daha bir addım atıb. SİA-nın xəbərinə görə, “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” mövzusunda qrafik çarxda faizlərin subsidiyalaşdırılması ilə əlaqədar ən vacib məqamlar izah olunub.

Çarxda vurğulanır ki, faiz subsidiyası fəaliyyət sahəsi zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə daxil olan sahibkarlıq subyektlərinin kredit təşkilatlarından həmin fəaliyyət növləri üzrə 2020-ci ilin 10 mart tarixinə manatla aldıqları kreditlərə (o cümlədən, restrukturizasiya edilmiş kreditlərə) verilir. Qrafik təsvirlər faiz subsidiyasının kreditin faiz dərəcəsinin 10 faiz bəndi miqdarında, həmçinin sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq 12 aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə verildiyini izah edir.

Qrafik çarxda həmçinin, bir daha diqqətə çatdırılır ki, sahibkarlıq subyektləri faiz subsidiyası əldə etmək üçün kredit aldıqları kredit təşkilatına müraciət edə bilərlər.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...