Bu il hava nəqliyyatı ilə 39 min ton yük ixrac olunub

Cari ilin yanvar-iyul aylarında hava nəqliyyatı ilə 39 min 479 ton yük ixrac olunub. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, keçən ilin müvafiq dövrünə nisbətən 7990 ton azalma olub. Belə ki, 2019-cu ilin yeddi ayında hava nəqliyyatı ilə 47 min 469 ton yük göndərilib.

Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi isə cari ilin yanvar-iyul aylarında 6205 ton təşkil edib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...