Cavid Qurbanov: “Ağır yüklü maşınlar insanların rifahına və təhlükəsizliyinə qarşı yönəldilən cinayətdir”

Cavid Qurbanov: “Ağır yüklü maşınlar insanların rifahına və təhlükəsizliyinə qarşı yönəldilən cinayətdir”
"Yolların 4 cərgəli olması 2010-cu ildə olan qəzaların sayının təqribən 50-yə düşməsinə gətirib çıxarıb. Həyatını itirənlərin sayı isə 10-17 nəfər arasındadır". Bu barədə SİA-ya açıqlamasında "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov bildirib.

O qeyd edib ki, bu da onu göstərir ki, qəzaların sayında 5 dəfə azalma müşahidə olunur: "Baxmayaraq ki, Bakı Rusiya yolu M magistral yoldur: "M magistral yolda 2008-ci ildə təqribən 150-160 qəza olub. Bu qəzalarda 87-90 nəfər həyatını itirib. 2009-cu ildə bu qəzaların sayı 100-120 arasında olub. Bu qəzalarda isə təxminən 67-80 nəfər ölüb. Yolların keyfiyyətli olması isə təhlükəsizliyin daha genişlənməsinə gətirib çıxarır. Ağır yüklü maşınlar insanların rifahına və təhlükəsizliyinə qarşı yönəldilən cinayətdir. Bunun da qarşısını təcili olaraq almaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə