Baş Nazir Əli Əsədov Konstitusiya Məhkəməsinə sorğu göndərib

Əmanətlərin Sığortalanması Fondunun "Atabank" ASC, "NBCBank" ASC və "AGBank" ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar həmin banklarda olan müvafiq əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsi məsələsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən şərh verilməsi üçün Nazirlər Kabinetinə göndərdiyi müraciət öyrənilib və Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi qərara alınıb. SİA Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qurumun Konstitusiya Məhkəməsinə ünvanladığı sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 2.1.2.6-cı maddəsinə şərh verilməsinin zəruriliyi əsaslandırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə