Azərbaycan Beynəlxalq Maliyyə Forumunda iştirak edib. Beynəlxalq Maliyyə Forumunda Azərbaycanı ACCA-in GOLD statuslu Akkreditə Edilmiş Tədris Mərkəzi GRBS təmsil edib. SİA-nın məlumatına görə, GRBS-in İdarəedici Partnyoru Elşən Rəhimov SalamNews-a bildirib ki, forumda müzakirələr üç sessiya çərçivəsində aparılıb:"Birinci sessiyada forumda iştirak edən MDB ölkələrinin iqtisadiyyatında böhrandan sonrakı vəziyyət, böhranla bağlı təəssüratlar, ikinci sessiyada informasiya texnologiyalarının biznes və maliyyə sahələrinə göstərdiyi mənfi və müsbət təsir, üçüncü sessiyada isə təhsillə bağlı məsələlər müzakirə mövzusu olub".
Elşən Rəhimov həmçinin bildirib ki, Kiyevdə keçirilən yüksək səviyyəli beynəlxalq tədbirdə dünyada yüz ildən artıq təcrübəsi olan şirkətlərlə yanaşı GRBS-in də dəvət alması qurum üçün böyük önəm daşıyır.
Qeyd edək ki, forum Sertifikatlaşdırılmış İmtiyazlı Mühasiblər Assosasiyası və "Ukrainskie İzvestiya" qəzetinin təşkilatçılığı ilə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB