Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısının təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı” və müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısının təsdiq edilməsi qeyd edilib.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə