Pandemiya dövründə fermerlərə bu qədər subsidiya ayrılıb ÖZƏL - MƏLUMAT
"Bu günə qədər 389 minə yaxın fermerə 202,6 milyon manat məbləğində subsidiya verilib". Bu barədə SİA-nın sorğusuna əsasən, pandemiya dövründə kənd təsərrüfatına ayrılan subsidiyaların miqdarı haqqında Aqrar Kredit və İnkişaf Agentliyindən verilən məlumatda deyilib.
Belə ki, məlumatda qeyd olunub ki, yeni subsidiya qaydaları bu ildən tətbiq olunub və təqdim edilən rəqəmlər subsidiya qaydalarının tətbiqindən sonra verilən subsidiyaların məbləğidir: "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 503 862 fermer qeydiyyatdan keçib. Payızlıq əkin bəyanı təsdiqlənmiş 369 min 985 fermerə 191 milyon 899 min 753 manat subsidiya verilib.
Bununla yanaşı, bugünədək 34 min 100 fermerin yazlıq əkin bəyanı təsdiqlənib. Yazlıq əkinlərinə görə bəyanları monitorinqdən keçən 18 min 937 fermerə 10 milyon 668 min 917 manat ödəniş edilib".
Qeyd edilib ki, ümumilikdə indiyədək 388 min 922 fermerə 202,6 milyon manat subsidiya ödənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB