Saxso Bankın ürək açmayan proqnozları Üçtərəfli zərbə

2020-ci il koronavirus səbəbi, neftin qiymətinin aşağı düşməsi və tələbatların artması baxımından dünya iqtisadiyyatına güclü zərbə vurub. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Danimarkanın Saxso Bank – investisiya bankı ikinci kvartalla bağlı proqnozunda qeyd edib.

"Koronavirus üç makroelement prosesinə səbəb olub: bu tələbata olan qlobal zərbə, təkliflərə olan qlobal zərbə və qiymətləri çoxmüddətli minimuma endirən neft müharibəsidir. Bu üç hadisə qısa zamanda kapitalın və işsizlik strukturlarının masştablı məhvinə aparacaq", Saxo Bankın əsas iqtisadçısı və investisiyalar üzrə direktoru Stin Yakobsen bildirib.

"Dünya iqtisadiyyatına dəyən belə bir üçtərəfli zərbə 2020-ci ili praktiki olaraq itirilmiş il qarantiyasını verir. Tənzimləyicilər real qlobal resessiyaların öhdəsindən gəlmək üçün bütün mümkün vasitələrə əl atmalıdırlar", Yakobsen deyib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə