Azərbaycan və İordaniya hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib

Azərbaycan və İordaniya hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib
Azərbaycan Respublikası hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasında iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlmiş İordaniya Haşimilər Krallığının Sənaye və Ticarət naziri Hani Əl-Mülkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilk öncə Fəxri Xiyabanda olub. Onlar ümummilli lider Heydər Əliyevin və görkəmli alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, onların xatirəsini ehtiramla anaraq abidələri önünə əklil qoyublar. İordaniyalı qonaqlar həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhramanların xatirəsini ehtiramla yad ediblər.

Sonra Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə I Hökumətlərarası Komissiyanın 2-ci iclası öz işinə başlayıb.

Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Komissiyaya Xarici İşlər, Maliyyə, Ədliyyə, Səhiyyə, Nəqliyyat, Kənd Təsərrüfatı, Mədəniyyət, Rabitə və İnformasiya Texnologiyaları, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Azərbaycan Dövlət Neft Şirkətinin, Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin, Dövlət Mülki Aviasiya Administrasiyasının, "Azal" QSC-nin, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin yüksək vəzifəli rəsmiləri daxildir. İordaniya tərəfdən Sənaye və Ticarət naziri Hani Ol-Mülkinin rəhbərlik etdiyi komissiyada isə bu ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri təmsil olunub.
İclasda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev ölkə iqtisadiyyatı, aparılan islahatlar və əldə olunan uğurlar barədə ətraflı məlumat verib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfındən əsası qoyulan və hazırda prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən iqtisadi islahatlar, görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycanda dinamik iqtisadi inkişafa nail olunub, ölkədə sahibkarlıq fəaliyyəti genişlənib, əlverişli investisiya və biznes mühiti yaradılıb.

"Azərbaycanda xarici ölkələrlə, o cümlədən İordanıya ilə əlaqələrin genişlənməsinə xüsusi önəm verilir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2007-ci və 2009-cu illərdə İordaniya Haşimilər Krallığına, İordaniya Kralı Əlahəzrət II Abdullahın 2006-cı, 2008-ci və 2010-cu illərdə Azərbaycana rəsmi səfərlərini xatırladan nazir Şahin Mustafayev qarşılıqlı səfərlərin, keçirilən görüşlərin iki ölkə arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb etdiyini vurğulayıb. Azərbaycan və İordaniya arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yaradılması da ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətlidir.

İordaniya Haşimilər Krallığının sənaye və ticarət naziri Hani Əl-Mülki isə ölkəsinin Azərbaycanla əlaqələrinin genişlənməsində maraqlı olduğunu vurğulayıb vo bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib.

İclasda Azərbaycan və İordaniya arasında ticarət-iqtisadi, investisiya, sənaye və energetika, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, gömrük, nəqliyyat, mədəniyyət və turizm, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə