Şirzad Abdullayev: “Bu gün çörək istehsalı ilə məşğul olan müəssisələrin əksəriyyətində mövcud norma və qaydalara riayət olunmur”
"Çörək istehsalını araşdırdıqda istər Bakıda, istər Bakıətrafı qəsəbələrdə, istərsə də regionlarda bir neçə çörək istehsalı müəssisələri ilə tanış olduq. Çox təəssüflə qeyd etmək istərdim ki, bu gün çörək istehsalı ilə məşğul olan müəssisələrin əksəriyyətində istehsal prosesi mövcud norma və qaydalara riayət olunmadan həyata keçirilir". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib. Onun sözlərinə görə, prezident İlham Əliyevin tapşırığı bundan ibarətdir ki, bütün bu məsələlər nəzərə alınmaqla Bakı şəhərində, Bakıətrafı qəsəbələrdə, istərsə də regionlarda yaxın bir neçə il ərizində yüksək texnologiyaların tətbiqi ilə kiçik, orta və böyük müəssisələrin qurulması təmin olunmalıdır. O bildirib ki, bu istiqamətdə fond sahibkarlara müəyyən imkanlar yaradacaq.
"2010-cu ilin sonunda çörək istehsalı avadanlığı və müəssisələrinin qurulması üzrə elanlar verilib və bu istiqamətdə layihələr maliyyələşdirilib. Bu günə kimi Sahibkarlığa Kömək Milli Fondu müasir standartlara cavab verən çörək istehsalı müəssisələrinin yaradılması üzrə sahibkarlıq subyektləri tərəfindən təqdim edilən illik istehsal gücü 89,8 min ton çörək istehsalı olan 8 investisiya layihəsinə 6,7 milyon manata qədər güzəştli kreditin verilməsini təmin edib. Bu layihələrdən 4-ü Bakı şəhərində, 4-ü isə regionlarda həyata keçirilir. Bu layihələrdən olan əsas hissəsi güzəştli kreditlər hesabına olmaqla Bakının Bakıxanov qəsəbəsi ərazisində yerləşən illik istehsal gücü 29,2 min ton çörək istehsalı olan "Sərham" MMC-nin yeni istehsal sahəsi istifadəyə verilib. İki müəssisədə avadanlıqların quraşdırılması prosesi başa çatmaq üzrədir. Digər 5 müəssisədə isə tikinti işləri aparılır", - deyə icraçı direktor əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB