Gürcüstanda dəhşətli meşə yanğınları

Gürcüstanda dəhşətli meşə yanğınları

Qərbi Gürcüstan ərazisindəki meşə yanğınlarının söndürülməsinə 100-ə yaxın yanğınsöndürən cəlb olunur. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Təcili İdarəetmə Xidmətinin mətbuat xidməti məlumat verib.

Mətbuat xidmətindən verilən məlumata görə, yanğın İmereti bölgəsində baş verir: “Yanğın meşə zolağını əhatə edib. Yanğının ocağı yaşayış qəsəbəsinə yaxın yerləşir, duman on hektar əraziyə qədər yayılıb”.

Qubernator Zviad Şalamberidze hadisənin baş verdiyi bölgəyə gələrək vəziyətlə tanış olub.

Qeyd edək ki, son günlər demək olar ki, Gürcüstanın bütün bölgələrində meşə yanğınları qeydə alınıb. Yanğından müşahifə bölmələri günün bütün saatlarında yanğına qarşı mübarizə aparır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə