9 dövlətlərarası standartın tətbiqi təsdiqlənib

9 dövlətlərarası standartın tətbiqi təsdiqlənib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təqdim etdiyi 9 Dövlətlərarası standartın Azərbaycan Respublikasında tətbiqini təsdiqləyib. Standartların tətbiq vaxtı 20 aprel 2011-ci ildən müəyyən edilib.

Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bunlar "Dövlətlərarası standart "Binaların xarici divarları üçün avtoklav çoxməsaməli betonlardan panellər. Texniki şərtlər", "Dövlətlərarası standart "Xrizotilsement boru və muftalar. Texniki şərtlər", "Dövlətlərarası standart "Köpürdülmüş perlit qırmadaş və qum. Texniki şərtlər", "Dövlətlərarası standart "İnşaat məhlulları və betonlar üçün əlavələr. Ümumi texniki şərtlər", "Dövlətlərarası standart "Avtomobil yolları və aerodromların örtükləri və bünövrələri üçün qırmadaş-çınqıl-qum qarışıqları. Texniki şərtlər", "Dövlətlərarası standart "İnşaat məhlulları və betonlar üçün əlavələr. Səmərəliliyinin müəyyən edilməsi və qiymətləndirilməsi"), "Dövlətlərarası standart "Bina və qurğular. Təbii şəraitdə mühafizə konstruksiyaların havakeçirmə qabiliyyətinin təyin edilməsi üsulları", "Dövlətlərarası standart "Bayır tərəfdən xarici divarlar. Yanğın təhlükəsi üzrə sınaq metodları", "Dövlətlərarası standart "Yol, aerodrom asfaltbeton qarışıqları və asfaltbeton. Texniki şərtlər" standartlarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə