Azərbaycanda kredit ittifaqları ili zərərlə başa vurub Mərkəzi Bank

Azərbaycanda kredit ittifaqları ili zərərlə başa vurub Mərkəzi Bank

Azərbaycandakı kredit ittifaqları ötən ili 0,7 milyon manat xalis zərərlə başa vurub. SİA Azərbaycan Respublikası Mərkəzi Bankına istinadən xəbər verir ki, il ərzində kredit ittifaqlarının əməliyyat gəlirləri 2,4 milyon manat, əməliyyat xərcləri 1,1 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 1,9 milyon manat, mənfəət vergisi ödəmələri isə 0,1 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 16,6 milyon manat olub. Bunun 14,9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.

Hesabat tarixinə kredit ittifaqlarının öhdəlikləri 6,5 milyon manat, o cümlədən aldıqları kreditlər 6,3 milyon manat, balans kapitalı isə 10,1 milyon manat, o cümlədən nizamnamə kapitalı 8,5 milyon manat təşkil edib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə