Dünya bazarında qızılın qiyməti durmadan artır. SİA-nın xəbərinə buna səbəb Liviya hadisələri və Portuqaliyadakı hökumət böhranı olub. Belə ki, martın 24-də birjalarda qızılın qiyməti növbəti tarixi maksimuma - 1 unsiya üçün 1447,82 dollara çatıb. Qızılla eyni vaxtda gümüş də bahalaşaraq son 31 ildə ən yüksək qiymətə yüksəlib – 1 unsiya üçün 38,16 dollar. Gümüşün bundan yuxarı qiyməti yalnız 1980-ci ildə qeydə alınıb - 50 dollar.
Qeyd edək ki, 2010-cu ildə qızıl 30 faiz bahalaşıb. Qızılın qiymət artımı ardıcıl 10 ildir davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə