“Yaşıl dəhliz”in tətbiqiylə bağlı həyata keçirilən proqramlar 8 milyard dolları əhatə edir. SİA xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Xarici ticarət iştirakçılarının 2-ci Respublika Forumu"nda deyib.
“Dövlət qurumlarının qarşılıqlı əməkdaşlığı həyata keçirilən islahatlarda xüsusi əhəmiyyətə malikdir.
İslahatlar paketinin həyata keçirilməsində, korrupsiya, rüşvətin qarşısının alınmasında, şəffaflığın təmin edilməsində dövlət qurumları Dövlət Gömrük Komitəsinin yanında olublar. Nəticədə, son 2 ildə dövlət büdcəsinə daxilolmalar 2 milyarda yaxın artıb. Dövlət Gömrük Komitəsi üzərinə düşən missiyanı həyata keçirmək üçün islahatları sonadək aparmaqda israrlıdır”, - deyə Dövlət Gömrük Komitəsinin sədri bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB