“Ölkəmizdə həyata keçirilən islahatların əsas məqsədi vətəndaş məmnunluğuna nail olmaqdır”. SİA xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov bu gün, 20 dekabr tarixində Bakıda keçirilən "Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumu"nda deyib.
Nazirin sözlərinə görə, yeni subsidiya mexanizminin yaradılması aqrar sahədə şəffaflığa şərait yaradıb.
“Fermerlərə subsidiyalar gələn ildən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək. Bu isə insan amilinin rolunu subsidiyalaşmada azaldacaq. Ümumiyyətlə, aqrar sektorun ÜDM-dəki payı islahatlar nəticəsində artıb”, deyə kənd təsərrüfatı naziri bildirib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB