AİB-in sədri: "Azərbaycanda yalnız qiymətləri dövlət tərəfindən müəyyənləşdirilən malların qiymətinə müdaxilə etmək mümkündür"
Ölkə prezidenti tərəfindən qaldırlan təşəbbüs təqdirəlayiqdir, yaxşıdır. SİA-nın xəbərinə görə, bu sözləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. O, qeyd edib ki, hazırda dövlət orqanları da bu yöndə çox mühüm addımlar atıblar. Prezident İlham Əliyev tərəfindən verilən fərmanlarda birbaşa olaraq sahibkarların hüquqlarının müdafiəsi ilə bağlı maddələrin öz əksini tapdığını deyən Eyyub Hüseynov sahibkarların öz hüquqlarını tələb etmək əvəzinə rüşvət verdiklərini deyib: "Nəyə görə, onlar müqavimət göstərmir? İşin asan yolunu seçiblər. Səbəb isə birdir. Sahibkarlar verdiyi rüşvətləri mallara əlavə edəcək. Fikirləşir ki, həmin pulu istehlakçıdan alacam".
Oturuşan bu sistemə cənab prezidentin reaksiyası və keçən ilin aprel ayında sahibkarlığa müdaxilənin qarşısı alınması və istehlakçıların hüquqlarının qorunması dair fərmana toxunan AİB-in sədri Azərbaycanın istehlak bazarında aparılan monitorinqin nəticələrinə də toxunub: "Qiymətlərin düşməsi həm bazarda təklif olunan malların miqdarının artması, həm də həyata keçirilən nəzarət tədbirləri ilə bağlıdır. Azərbaycanda yalnız qiymətləri dövlət tərəfindən müəyyənləşdirilən malların qiymətinə müdaxilə etmək mümkündür. Digər mallar üzrə isə nəzarət qiymətlərin süni artırılmasına qarşı yönəlib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB