Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr SİYAHI
Son 10 ayda Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Meksika və Ekvador olub. SİA Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ölkəmizin İspaniya ilə ticarət dövriyyəsi 758 milyon 289 min ABŞ dolları, Meksika ilə 45 milyon 651 min dollar, Ekvadorla isə 26 milyon 586 min dollar təşkil edib. Hər üç ölkə ilə ticarət dövriyyəsi ötən ilə nisbətən artıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi ispandilli ölkələr sırasında da ilk üçlükdədir. İspaniyadan idxalın dəyəri 54 milyon 396 min dollar, Meksikadan 45 milyon 533 min dollar, Ekvadordan isə 26 milyon 585 min dollar təşkil edib. Ölkəmiz İspaniyadan idxalı azaltsa da, Meksika və Ekvadordan idxalı artırıb.
İxracda isə ilk pillədə İspaniya qərarlaşıb və bu ölkəyə ixracın dəyəri 703 milyon 892 min dollar olub. İspaniyaya məhsul ixracı artıb.
Azərbaycanın ticari tərəfdaşlığı ən az olan ispandilli ölkələr isə Salvador, Boliviya və Venesueladır.
Qeyd edək ki, İspaniya Azərbaycan ilə ticarət dövriyyəsində əsas ölkələrin siyahısında bu ilin 9 ayına nisbətən 3 pillə irəliləyərək 9-cu yerdə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB