Azərbaycan Codeks Alimentarius Komissiyasının üzvü təyin edilib
Azərbaycan Codeks Alimentarus Komissiyasının üzvü təyin edilib. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş Katibliyindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə daxil olmuş məktubda bildirilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Nazirlər Kabinetinin 23 iyul 2010-cu il tarixli Sərəncamına əsasən, yeyinti məhsullarına dair Codeks Alimentarius, İSO, HACCP, Avropa İttifaqı standartlarının milli standartlar sisteminə daxil edilməsi sahəsində müvafiq tədbirləri Codeks Alimentarius Komissiyasının tövsiyələri ilə əlaqələndirmək SMPDK-ya həvalə edilib. Bu barədə Xarici İşlər Nazirliyi Komitə tərəfindən təqdim edilmiş bildirişi Codeks Alimentarius Komissiyasının Katibliyinə göndərib. Artıq Codeks Alimentarius Komissiyasının rəsmi internet səhifəsində (http://www.codexalimentarius.net/web/members.jsp?lang=EN) Azərbaycan Respublikasının üzvlüyü ilə bağlı informasiya da yerləşdirilib.
Bundan irəli gələrək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2 avqust 2010-cu il tarixli Əmr ilə Codeks Alimentarius Komissiyasının standartlarının milli standartlar sisteminə daxil edilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Codeks Alimentarius Milli Komitəsi yaradıb, Codeks Alimentarius Milli Komitəsinin Əsasnaməsi təsdiq edilib.
Milli Komitə Codeks Alimentarius Komissiyasının tövsiyələrinə uyğun olaraq yeyinti məhsulları üzrə standartların Azərbaycanda tətbiqinə dair dövlət hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilən fəaliyyətləri əlaqələndirən məşvərətçi orqandır. Milli Komitənin qərarları tövsiyə xarakteri daşıyır.
İndiyədək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Codeks Alimentarius standartları əsasında 5 Dövlət standartı qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB