"Qara qızıl"ın qiyməti azalır

Ötən gün Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,49 dollar və ya 0,6 faiz azalaraq 1 barelə görə 84,32 dollar təşkil edib.

 

SİA-nın xəbərinə görə, fevralın 15-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,44 dollar azalaraq 101,64 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə