Azərbaycan qazını Avropaya daşıyacaq kəmərlə bağlı yeni xəbər

Azərbaycan qazını Avropaya daşıyacaq kəmərlə bağlı yeni xəbər

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) boru kəmərinin quru hissəsinin tikintisi çərçivəsində Yunanıstan, Albaniya və İtaliya marşrutunda boruların 99 faizi qaynaq edilib. Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb.

Qeyd edək ki, TAP-ın quru hissəsinin inşası üzrə İtaliyada boruların tikintisinə başlanılıb. Melendugno şəhərindəki 1,5 kilometrlik mikrotunelin inşası aprelin sonunda turist fəaliyyətləri və sahilboyu ətraf mühitə heç bir təsir və ya müdaxilə olmadan tamamlanıb. Boru kəmərinin İtaliya hissəsinin və qəbul terminalının tikintisinin tamamlanması üzrə işlər davam edir. Hazırda qəbul terminalının inşasının 32 faizi yekunlaşıb. Həmçinin TAP-ın İtaliyadan keçəcək təxminən 8 kilometrlik hissəsində boruların 3 kilometri xəndəyə endirilib.

İyunun sonuna TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 88,5 faizi icra edilib. Bundan başqa, TAP-ın quru hissəsinin inşası çərçivəsində Yunanıstan, Albaniya və İtaliya marşrutunda boruların 99 faizi torpağa basdırılıb. Həmçinin 3 ölkə üzrə marşrutun 95 faizindən çoxunda torpaq örtüyü bərpa olunub. İlin sonuna kimi Yunanıstan və Albaniya marşrutunda boruların 100 faizi torpağa basdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə