İqtisadiyyat Nazirliyi sahibkarlığın inkişafını diqqət mərkəzində saxlayır. SİA xəbər verir ki, bunu bu gün, 31 iyul tarixində Bakı Biznes Mərkəsində "İnnovativ sahibkarlığın inkişafında dövlətin güzəştli maliyyə dəstəyi" mövzusunda keçirilən konfransda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov öz çıxışı zamanı deyib.
“Azərbaycan sahibkarı ölkə hüdudlarından kənarda da öz fəaliyyətini təsdiq edir. Bu gün sahibkarlığın inkişafına dövlətin dəstəyi özünü bütün istiqamətlərdə göstərir. Görülən işlər statistik göstəricilərdə də öz əksini tapır. İnkişaf, ələlxüsus iqtisadi inkişaf bu göstəricilərdə də özünü biruzə verir.
Bu gün Cənab Prezident təkcə paytaxtda deyil, bütün regionlarda da diqqətini əsirgəmir. Ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva regionlara səfər edir və regionlarda irəli sürülən layihələrlə tanış olur, bu layihələrə də dəsrək verirlər. Nəticədə, paytaxtla yanaşı regionlar da sürətlə inkişaf edir, daha yüksək nailiyyətlət əldə edilir. Bu inkişaf bu layihələr sayəsində regionlarda məşğulluğun səviyyəsi artır, işsizlik isə aradan qaldırılır”, deyə Sahib Məmmədov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB