Ölkəmizin qeyri-neft sektoru üzrə ixracının dəyəri iyunda 192 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracın dəyəri ötən ilin eyni ayı ilə müqayisədə 13 milyon dollar və ya 7 faiz artıb. SİA İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayına istinadla xəbər verir ki, qeyri-neft sektoruna aid ən çox məhsul iyun ayında Rusiyaya (93,8 milyon dollar), Türkiyəyə (32,5 milyon dollar), İsveçrəyə (14,7 milyon dollar), Gürcüstana (8,4 milyon dollar) və Ukraynaya (5,7 milyon dollar) ixrac edilib.
May ayında olduğu kimi, iyunda da qeyri-neft sektoru üzrə ixracda pomidor (33,8 milyon dollar) birinci olub. Bu siyahıda albalı və gilas (29,6 milyon dollar) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda 13,5 milyon dollar) üçüncü yerdə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB