Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Energetika naziri Suxeyl əl-Mazrui OPEC ölkələri (“OPEC+”) ilə imzalanan neft hasilatının azaldılmasına dair müqavilənin müddətinin uzadılmasını dəstəklədiyini bildirib. SİA yerli KİV-ə istinadla xəbər verir ki, nazirin sözlərinə görə, o, bu müqavilənın müddətinin uzadılmasının tərəfdarıdır.
Hesab edir ki, bu, neft bazarındakı hazırkı şəraitdə lazımdır. Suxeyl əl-Mazrui həmçinin OPEC ölkələrinin növbəti toplantısının və müzakirələrin daha asan keçəcəyinə, görüş iştirakçılarının ilin ikinci yarısında bazarın balanslaşdırılması üçün razılıq əldə edəcəyinə ümid bəslədiyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB