"2019-ci ilin I rübü Azərbaycan üçün islahatların davam etdirilməsi, əvvəlki dövrlərdə qəbul edilən Dövlət Proqramlarının, xüsusilə də yol xəritələrinin icrasının daha da genişləndirilməsi, bir sıra mühüm qərarların qəbulu ilə yadda qaldı". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.
Vergi Məcəlləsi ilə bağlı dəyişikliklərin icrasının başlanmasından da 3 ay müddət keçdiyini xatırladan ekspert bildirib ki, bunun nəticəsində ilin birinci rübündə vergi ödəyiciləri tərəfindən də dəyişikliklərə münasibətdə fərqlililiyi görmək mümkündür: "Bu istiqamətdə yenilikləri görə bilərik".
R. Atakişiyev vurğulayıb ki, 2019-cu ilin ilk rübünə nəzərə saldıqda sosial sahə üzrə çox mühüm islahat və həyata keçirilən addımları görməmək mümkün deyil: "Belə ki, 3 ay müddətində əmək haqları, pensiya və müxtəlif təqaüd və müavinətlərin artırılması ilə bağlı atılan addımlar çox əhəmiyyətlidir. Hesab edirəm ki, bu kimi tədbirlər ilin növbəti rüblərində davam etdiriləcək, görülən işlər əhalinin geniş kütləsinin, xüsusilə də həssas qrupların rifah halını daha yaxşılaşdıracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB