Ötən il paytaxt üzrə bünövrəsi qoyulan binaların sayı 26 ədəd olub
Ötən il ilkin mənzil bazarında bir çox dəyişikliklərlə yadda qalıb. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən SİA-ya verilən məlumata görə, ötən il paytaxt üzrə bünövrəsi qoyulan binaların sayı 26 ədəd təşkil edib. Yeni adla bazara daxil olan tikinti şirkətlərinin sayı il ərzində 5 ədəd artaraq 155-ə çatıb. Ötən ilki (19) göstəricidən 36,8 faiz çox olan bu rəqəm fərdi sahibkarlar, xarici investorlar tərəfindən daşınmaz əmlak bazarının bu seqmentinə olan marağının yenidən canlanmasından xəbər verir.
Araşdırmalar göstərir ki, artıq fərdi layihələrin həyata keçirilməsi ənənəsi daha çox kompleks yaşayış massivlərinin tikilməsi ilə əvəzlənir. Dövlətin inzibati müdaxiləsindən və bazarın tələblərindən asılı olaraq tədricən hündürmətəbəli (12 və daha çox) binaların tikintisi arxitektur görünüşü ilə Bakı şəhərinin memarlıq üslübuna uyğun, 7 və daha az mərtəbəli binaların tikintisi ilə yenilənir. Lakin ilkin bazarda aktivlik hələ də orta həddən aşağı qalmaqdadır. Əlbəttə ki, buna da əsaslı səbəblər var ki, onları aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Təklifin tələbi üstələməsi nəticəsində alıcı qıtlığının yaranması
2. Qiymətlərin hələ də yüksək həddə olması nəticəsində əhalinin daha çox paytaxt kənarı (Abşeron, Xırdalan) mənzillərə üstünlük verməsi
3. Sənədləşməyən binaların ipotekaya cəlb edilməməsi
4. Sənədləşmə və kommunal xidmətlərin yaratdığı problemlər ucbatından yeni tikililərə olan etimadın azalması və s.
Belə bir tendensiya nəticəsində ötən il ərzində mənzilləri tam satılaraq siyahıdan çıxan binaların sayı 9 ədəd oldu. Hazırda yeni tikililərin 80 faizində hələ də əsasən sonuncu mərtəbələrin satıla bilməməsi onların bazardan çıxmasına mane olmaqdadır.
Bakı şəhərində formalaşan qiymətlər 2010-cu il ərzində də yüksək mövqedə qalıb. Odur ki, qiymətləri real və qeyri-real olmaqla iki qrupa düzgün olardı. 1-ci qrupa texniki göstəriciləri heç də pis olmayan, bazarın tələblərinə cavab verən və qiymətləri potensial alıcının alıcılıq qabiliyyətinə hesablanmış mənzillərdir. 2-ci qrup isə gələcəkdə bazarda qiymətlərin artacağını ehtimal edərək əvvəlcədən şişirdilmiş qiymətlərlə bazara daxil olanlardır. Hazırda müşahidə edilən nisbi qiymət azalması da, məhz həmin binalarda müşahidə edilməkdədir.
Ötən ilin dekabr ayında qiymətlərin daha 1,6 faiz azalması nəticəsində il ərzində orta qiymət göstəricisi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz azalma ilə qeydə alınıb. Rübün əvvəlki ilə fərq nisbətində isə azalma 1,9 faiz təşkil edib.
İlin sonuna doğru davam edən bu qiymət azalması süni şişirdilmiş qiymətlərin tədricən köpünün yatması, son mərtəbələrdə qalan mənzillərin dəyər-dəyməzinə satılması, həm də yeni ilə yaxın keçirilən kampaniyalarla bağlı olub. Alıcı qıtlığının hökm sürdüyü ötən il ərzində kredit yolu ilə alqı-satqı həyata keçirən şirkətlərin sayı 80 faizə yaxınlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB