Macarıstan Cənub Qaz Dəhlizi layihəsində iştirakda maraqlıdır
Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Syartonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, nazir Macarıstanın xarici işlər və ticarət naziri ilə ötən il Moskvada “Rusiya enerji həftəsi” adlı beynəlxalq forum çərçivəsində baş tutmuş görüşdə enerji sahəsində ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu xatırladıb və bu səfərin isə yeni imkanlar yaratdığını qeyd edib.
Macarıstanın enerji təchizatının mövcud vəziyyəti, qaza olan tələbatı barədə məlumat verən P.Syarto qaz bazarının şaxələndirilməsi ilə bağlı planlardan danışıb. Macarıstanın gələcəkdə Cənub Qaz Dəhlizi layihəsində iştirakda maraqlı olduğunu qeyd edib.
Görüşdə Cənub Qaz Dəhlizinin icra vəziyyəti, genişləndirilmə perspektivləri, növbəti mərhələdə ötürücülük qabiliyyətinin artırılması imkanları və işlənmədə olan qaz yataqları barədə məlumatlar diqqətə çatdırılıb.
Enerji sahəsində əməkdaşlığın inkişafı məqsədilə Hökumətlərarası Komissiya çərçivəsində müvafiq işçi qrupunun yaradılması təklif edilib.
Söhbət zamanı Azərbaycanla Macarıstan arasında əməkdaşlığın digər istiqamətləri, eləcə də regional enerji təhlükəsizliyi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB