Bakıda Azərbaycan-İran Biznes və İnvestisiya Forumu keçirilir
Bu gün Bakıda Azərbaycan-İran Biznes və İnvestisiya Forumu öz işinə başlayıb. SİA xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-İran əlaqələrinin ilbəil dinamik inkişaf etdiyini bildirib.
Nazir qeyd edib ki, son 5 ildə ölkələrimiz arasında 25 bıznes-forum keçirilib. 2017-2018-ci illərdə iqtisadi-ticari əlaqələr 74 faiz artıb.
Ş.Mustafayev, həmçinin vurğulayıb ki, sözügedən əməkdaşlıq bir çox sahələrdə, o cümlədən nəqliyyat, tranzit, kənd təsərrüfatı və turizm sahəsində daha çox inkişaf edib, iş adamları üçün münbit şərait yaradılıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB