"Azərbaycanın qiymətli kağızlar bazarının inkişafı” layihəsinin icrasına bu ilin ortalarında başlanılacaq

"Azərbaycanın qiymətli kağızlar bazarının inkişafı” layihəsinin icrasına bu ilin ortalarında başlanılacaq

Bu ilin ortalarında Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ilə Dünya Bankı "Azərbaycanın qiymətli kağızlar bazarının inkişafı" layihəsinin icrasına başlayacaq. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında QKDK-nın sədri Rüfət Aslanlı bildirib. O, qeyd edib ki, bu il ərzində QKDK Dünya Bankı ilə birlikdə sözügedən layihəyə start verəcək. Belə ki, artıq Dünya Bankının müvafiq qurumları ilə danışıqlar başa çatıb və yaxın dörd ay ərzində Dünya Bankında daxili proseduralar tamamlanacaq və layihəyə ilin ortalarında start veriləcək.

 

Rüfət Aslanlının sözlərinə görə, layihə çərçivəsində əsasən qiymətli kağızlar bazarı haqqında qanunvericiliyin növbəti təkmilləşdirmə mərhələsi, bazar infrastrukturunun təkmilləşdirilməsi, ticarət proseslərin vahid elektron platformada avtomatlaşdırılmasının tamamlanması, bazarda tələb və təklifin stimullaşdırılması kimi amillərə diqqət yetiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə