RİTN mütəxəsisləri ABŞ-da səfərdədir

RİTN mütəxəsisləri ABŞ-da səfərdədir
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mütəxəssisləri ABŞ-ın Dallas şəhərində (Virciniya ştatı) səfərdədir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində RİTN nümayəndələri Azərbaycanın Azərspace ilk telekommunikasiya peykinin işlənib hazırlanmasını həyata keçirən Orbital Sciences Corporation şirkətinin qərargahında təşkil olunan toplantıda iştirak edəcək. İlkin layihə icmalı (Preliminary Design Review - PDR) üzrə toplantıda peykin texniki parametrləri müzakirə olunacaq.

Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri yanvarın 25-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə