İranın nümayəndə heyəti Azərbaycana gələcək

İranın nümayəndə heyəti Azərbaycana gələcək

İranın iqtisadi işlər və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsəndin rəhbərlik etdiyi nümayəndə heyəti martın 14-15-də Azərbaycana gələcək.

İqtisadiyyat Nazirliyindən SİA-ya bildirilib ki, səfər çərçivəsində Dövlət Komissiyasının 13-cü iclası, biznes-forum və dövlət rəsmiləri ilə görüşlər keçiriləcək. Komissiyanın ötən iclasından sonrakı dövrdə görülən işlər, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə