Ölkəmiz tərəfindən reallaşdırılan qlobal layihələr, eləcə də Cənub Qaz Dəhlizi layihəsi geosiyasi mənzərəni Azərbaycanın xeyrinə dəyişib
Qlobal layihələr, beynəlxalq əhəmiyyətli tədbirlər üçün Bakı artıq ənənəvi bir məkana çevrilib. Azərbaycan artıq sözün əsl mənasında diqqət mərkəzindədir. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı, idən-ilə bu layihəyə olan marağın artması, iştirakçı dövlətlərin sayının çoxalması həm Azərbaycana olan marağı, həm də yüksək səviyyəli əməkdaşlığa meyil göstərildiyini təsdiq edir.
Qlobal layihələrin həyata keçirilməsi regionda movcud olan problemlərin həllinə əsaslı zəmin yaradır. Daha dəqiq desək, ölkəmizdə həyata keçirilən qlobal əhəmiyyətli layihələr bir çox məsələlərin, ələlxüsus münaqişə məsələsinin həllinə də yol açır. Eyni zamanda məsələlərin həllini sürətləndirir. Təbii ki, ölkəmizin nüfuzunun artması, söz sahibinə çevrilməsi mövqeyinin, gücünün möhkəmlənməsi deməkdir və bu da sözsüz ki, mütləq şəkildə qələbə əzmini artırır.
Amerika da, Avropa da Azərbaycanın qoca qitənin enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu yüksək qiymətləndirir
Cənub Qaz Dəhlizi layihəsinin perspektivləri, onun Azərbaycana gətirəcəyi dividentlər saysız hesabsızdır. Bakıda Cənub Qaz Dəhlizi Məşrəvət Şurasının toplantısı regional müstəvidə ölkəmizin siyasi mövqeyinin daha da güclənməsi deməkdir. Bu toplantı xüsusilə Avropa ilə sıx enerji əməkdaşlığının göstəricisidir. Sirr deyil ki, bu enerji əməkdaşlığı eyni zamanda özündə siyasi əməkdaşlığı da ehtiva edir. Xüsusilə, Qərbin Azərbaycana siyasi-iqtisadi dəstəyinin inkişafına əsaslı şəkildə zəmin yaradır. Birləşmiş Ştatların öz nümayəndəsini bu toplantıya göndərməsi heç də təsadüfi deyil. Bu ondan xəbər verir ki, Amerika da Azərbaycanın enerji siyasətinə yaxından dəstək verir.
Bakıda Cənub Qaz Dəhlizi Məşrəvət Şurasının toplantısı təsdiq edir ki, Amerika da, Avropa da Azərbaycanın qoca qitənin enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu yüksək qiymətləndirir. Artıq etiraf olunur ki, Azərbaycan Avropanın enerji diversifikasiyasında mühüm rol oyanayan ölkədir. Cənub Qaz Dəhlizi və onun seqmentləri olan TANAP və TAP layihələri 2020-ci ildən başalayaraq Avropaya ildə 16 mlr kub. qaz ixrac edəcək ki, buna marağı təkzib etmək də mümkün deyil. İşələrin gedişi də təsdiq edir ki, bu istiqamətdə uğurlar bir-birini əvəz etməkdədir və lahiyələr uğurla reallaşdırılır. Məsələn, hazırda Cənub Qaz Dəhlizi boru kəmərinin çəkilişi başa çatıb və Türkiyəyə artıq qaz irac edilir. Bir sözlə bütün dünya ictimaiyyəti qlobal və regional layihələrin ölkəmiz tərəfindən uğurla reallaşdırılmasının əyani şahididir və bundan sonra da reallaşdırılacağına zərrə qədər şübhə yeri yoxdur.
TANAP və TAP kəmərlərində işlər tam yekunlaşmaq üzrədir. Onu da nəzərə almaq lazımdır ki, bu kəmər vasitəsi ilə qaz ixracı artaraq təkcə "Şahdəniz-2" qaz-kondensat yatağından hasil edilən qazla məhdudlaşmayacaq. Heç şübhəsiz ki, Mərkəzi Asiya qazının bu kəmər vasitəsi ilə Avropaya nəqli də istisna edilmir. Bir sözlə, yeni-yeni uğurlar gözlənilir və beynəlxalq miqyasda buna inamın artdığı da göz qabağındadır.
Bakı Qərb üçün Mərkəzi Asiya regionuna giriş qapısıdır və Avropa, eləcə də Qərb tərəfindən Azərbaycana olan dəstək başa düşüləndir
Nəzərə almaq lazımdır ki, Rusiya kimi fövqəl bir dövlət özü də Avropanın əsas qaz ixracatçısıdır və hazırda Türkmənistan və Qazaxısatanın Cənub Qaz Dəhlizininə qoşulmasına əngəl olması da bu prizmada başadüşüləndir. Qərbin Xəzər regionunda enerji siyasətinin qarşısının alınması üçün Rəsmi Moskvanın siyasət yürütməsi də göz qabağındadır. Doğrudur, hazırda Rusiyanın Türkiyə vasitəsi ilə "Türk axını" və Almaniya ilə birgə "Şimal axını-2" qaz kəmərləri qaz ixracını reallaşdırır, lakin bu eyni zamanda həmin ölkələrə təzyiq rıçağıdır. Məhz bu səbəbdən Avropanın enerji şaxələndirilməsi siyasətini başa düşmək çətin deyil və göründüyü kimi Avropa Rusiya qazından imtina etməyə çalışır. Daha doğrusu hazırlaşır. Elə bu rakursda da Avropa və Qərb tərəfindən Azərbaycana olan dəstək başa düşüləndir. Həm də etiraf etmək lazımdır ki, Bakı Qərb üçün Mərkəzi Asiya regionuna giriş qapısıdır.
Qərbin də, Avropanın da maraq göstərməsi təsdiq edir ki, Bakıda keçirilən Məşvərət Şurasının siyasi-iqtisadi əhəmiyyəti olduqca böyükdür. Bu maraq təkcə Qərb, Avropa deyil, Mərkəzi Asiyanı da əhatə edir. Bakını Mərkəzi Asiya regionuna Qərbin giriş qapısı hesab edən Rusiya üçün Azərbaycanın qaz tədarükünü zəiflətmək siyasətini, TAP layihəsinə İtaliyada törədilən əngəllərin fonunda başa düşmək çətin deyil. Məqsəd gələcək perspektivdə Türkmən qazının və hal-hazırda Azərbaycan qazının Avropaya nəqlinə və inkişafına əngəl olmaqdan ibarətdir.
Qoca qitənin enerji təminatında ölkəmizə yaradılan şərait Azərbaycanın qələbəsidir və bu qələbə Avropaya inteqrasiya prosesini sürətəndirəcək
Qərb və Avropanın Rusiya qazından tam intina etmək planlarının fonunda göründüyü kimi Avropaya qaz ixracı, xüsusilə enerji bazarı uğrunda rəqabət getdikcə, yeni mərhələyə qədəm qoyur. Daha dəqiq desək, artıq görünür ki, ölkəmiz bu rəqabətdə üstün mövqeyə malikdir. Çünki, Qərb də, Avropa da təbii ki, Rusiyaya deyil, Azərbaycana dəstək verməyə maraqlıdır. Bu dəstək isə öz növbəsində o deməkdir ki, qoca qitənin enerji təminatında məhz ölkəmizə şərait yaradılacaq və cəsarətlə demək olar ki, Azərbaycan bu rəqabətdə qalib hesab olunur. Bu yanaşma, bu qələbə sözsüz ki, ölkə başçısının Cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü, düzgün siyasətin məntiqi nəticəsi, bu siyasətin uğuru və qələbəsidir. Bu qələbə isə heç şübhəsiz ki, Azərbaycanın Avropaya inteqrasiya prosesini sürətəndirəcək.
Eyni zamanda nəzərə almaq lazımdır ölkəmiz bu qələbəyə, bu uğura məhz ölkə başçımızın rəhbərliyi ilə həyata keçirilən, reallaşdırılan qlobal layihələr sayəsində nail olub. Bu gün Cənub Qaz Dəhlizi belə layihələrdən biridir və ölkəmizin uğurlarını, qələbələrini, gələcək perspektivlərini şərtləndirən layihələrdəndir. Etiraf etmək lazımdır ki, ölkəmiz tərəfindən reallaşdırılan qlobal layihələr, eləcə də bu layihə geosiyasi mənzərəni Azərbaycanın xeyrinə dəyişib. Bu gün ölkəmiz fövqəl dövlətlərin də, bütün dünya dövlətlərinin də diqqət və maraq dairəsindədir. Məhz bu da Azərbaycanın nüfuzu, söz sahibi olması deməkdir. Bir sözlə, qlobal lahihələr, məhz Cənub Qaz Dəhlizi layihəsi sayəsində Azərbaycan geosiyasi dəyişikliklərə imza atır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB