"2010-cu ildə sosial sahədə atılan ən böyük addım DSMF-nin saytında pensiya kalkulyatorlarının yerləşdirilməsi olub" -Açıqlama
"2010-cu ildə sosial sahədə atılan ən böyük addım Dövlət Sosial Müdafiə Fondunun saytında pensiya kalkulyatorlarının yerləşdirilməsi olub". Bu sözləri jurnalistlərə açıqlaması zamanı Dövlət Sosial Müdafiəsi Fondunun sədri Səlim Müslümov deyib. Onun sözlərinə görə, bu sistem vasitəsilə bütün insanların işləri asanlaşacaq: "Kalkuyatorlar vasitəsilə pensiya təyinatı üçün şöbələrimizə müraciət edən şəxslərin işləri daha da rahat olacaq. Belə ki, hər bir şəxs bu kalkulyatorlardan istifadə etməklə öz pensiyasını hesablayacaq. Təbii ki, bu o demək deyil ki, hər şey yalnız kalkulyatorların öhdəsinə buraxılacaq. Yəni, istənilən vaxt pensiya mütəxəssislərimizə müraciət edənlərin suallarına cavab veriləcək".
2010-cu ildə Azərbaycanda sosial sahədə inkişafı qiymətləndirən sədr bildirib ki, keçən il sosial sahədə iki əsas funksiya yerinə yetirilib: "Keçən ilin sosial sahədəki inkişafları nəzərə çarpacaq dərəcədədir. Belə ki, 2010-cu ildə biz iki əsas funksiyanı yerinə yetirmişik. Bunlardan birincisi, pensiyaların bazasının artırılması idi. Bununla bağlı respublika prezidentinə müraciət etdik və müvafiq sərəncama əsasən sentyabr ayından başlayaraq pensiyaların qiyməti 75 manatdan 85 manata qaldırıldı. İkinci məsələ isə pensiyaların vaxtında verilməsi idi. Bu barədə də heç bir problemlə qarşılaşmadıq. Artıq bütün pensiyalar ödənib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB