"Bu ilin sonuna kimi daha iki qatar alınacaq" ÖZƏL-MÜNASİBƏT
“Yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirildi. Həmin konfransda cənab Prezident İlham Əliyev bildirdi ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin qarşısında hansı işlər olmalıdır. Dövlət başçısının da söylədiyi kimi biz Şahdağ və Qəbələ turizm mərkəzlərinə dəmir yolunun çəkilişini planlaşdırırıq”. Bunu SİA-ya açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Sədrin sözlərinə görə, artıq bu il layihələnmə işləri davam etdiriləcək və yeni yolun çəkilməsi üçün torpaqların alınması prosesi gedəcək: “Bakıdan Yalamaya qədər olan ərazinin yenidən qurulması planlaşdırılır. Eləcə də Bakıdan Astaraya yəni İran sərhədinə qədər yenidənqurma işləri gedəcək. Burada yolun Lənkərandan kənara çıxarılması olacaq. Daha sonra Qərb tərəfdə işlər davam edəcək”.
C.Qurbanov yeni sürət qatarlarının alınmasından da danışıb: “Artıq iki yeni qatar alınıb. İlin sonuna kimi daha ikisi də alınacaq. Ankara şəhərinə işləyən qatarlarımız artıq Türkiyə ərazisindədir. Orada olan 10 vaqonumuzun sınağı keçiriləcək. Bu da təqribən 10 gün vaxt alacaq. Həmin sınaqlar başa çatdıqdan sonra qatarlar Azərbaycan ərazisinə gələcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB