Salyanda bayram yarmarkası açılıb FOTOLAR

Salyanda bayram yarmarkası açılıb FOTOLAR

Salyanda rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Yeni il bayramı ərəfəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub. SİA-nın məlumatına görə, yarmarkaya meyvə-tərəvəz, balıq, ət, süd və digər yeyinti məhsulları olmaqla, 35 çeşiddə müxtəlif kənd təsərrüfatı məhsulları çıxarılıb. Yarmarkaya çıxarılan məhsullar bazardakından 25-30 faiz ucuz qiymətə təklif olunur.

Bayram yarmarkası dekabrın 31-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə