Dizel yanacağı ilə işləyən avtobuslara son

Dizel yanacağı ilə işləyən avtobuslara son

Bakıda dizel yanacağı ilə işləyən avtobuslar istifadədən çıxarıla bilər. SİA xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistlər Birliyinin BNA-ya təşkil etdiyi media tur zamanı bildirib.

V.Kərimli deyib ki, avtobuslara, taksilərə, sürücülərə və daşıyıcılara dair yeni tələblər hazırlanıb.

BNA rəhbəri qeyd edib ki, həmin tələblər hökumətə təqdim olunub: "Tələblərdən biri də odur ki, 2022-ci ildən etibarən paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri sıxılmış qaz və elektriklə işləyən avtomobillərdən ibarət olsun. Bizim üçün ətraf mühit vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə