“Bakı”, “Astara” və “Yenikənd” elektrik stansiyalarının təmirinə 12 milyon manat ayrılıb
“Bakı”, “Astara” və “Yenikənd” elektrik stansiyalarının təmirinə 12 milyon manat ayrılıb. SİA xəbər verir ki, Prezident İlham Əliyev “Kiçik və orta elektrik stansiyalarının təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, “Bakı”, “Astara” və “Yenikənd” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 12 milyon manat ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB