"Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Burada çayçılıq sahəsində fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyasının təşviqinə dair müddəa da yer alıb. Proqramın qəbulundan müəyyən vaxt keçsə də hələ də müəyyən məsələlər həllini tapmamış qalıb. bu problemlər görülən işlərə kölgə salır”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
O bildirib ki, birinin sahəsi, texnikası, digərinin işçi potensialı yüksək olduğu təqdirdə fermərlərin birləşdirilməsi yüksək çay məhsullarının istehsalına gətirib çıxara bilər: "Statistikaya əsasən, çay istehsalında ciddi artım müşahidə olunur, buna baxmayaraq, hələ də xarici ölkələrdən çay idxal etməyə məcburuq. Bununla da külli miqdarda vəsait xaricə axır. Çayçılıq sahəsində mütərəqqi sığorta mexanizminin yaradılması da həllini gözləyən məsələlər sırasındadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB