Oktyabrda Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 - Çağrı Mərkəzinə 7906 zəng daxil olub. DMX-dən SİA-ya bildiriblər ki, onlardan 7087-si Azərbaycan, 738-i rus, 81-i isə ingilis dillərində cavablandırılıb. Bundan başqa, daxil olan 62 zəng sifarişi ilə əks-əlaqə yaradılıb və suallar qanunvericiliyə müvafiq qaydada cavablandırılıb.
Zənglərlə edilən müraciətlərdən 593-ü daimi, 2103-ü müvəqqəti yaşama, 441-i iş icazələri ilə bağlı olub. Bundan başqa, zənglərdən 764-ü vətəndaşlıq, 419-u inzibati xəta, 647-si olduğu yer üzrə qeydiyyat, 2939-u isə digər məsələlərlə bağlı edilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB