“Subsidiya hektara görə deyil, istehsal edilən məhsulun həcminə görə verilsin” TƏKLİF
"Subsidiya hektara görə deyil, istehsal edilən məhsulun həcminə görə verilsin". SİA-nın verdiyi məlumata görə, bu təkliflə iqtisadçı-ekspert Vüqar Bayramov çıxış edib.
İqtisadçı-ekspert bildirib ki, dövlət sahibkarlar üçün həm güzəştli kreditlər, həm subsidiyalar ayırıb: “Sahibkarlar birbaşa dövlətdən maliyyə dəstəyi almaq imkanına malikdirlər. Bunlar həm subsidiya formasında, eyni zamanda güzəştli kredit, xüsusilə vergi güzəştlərinin tətbiq edilməsi ilə bağlıdır. İndiyə qədər sahibkarlara Sahibkarlığa Kömək Milli Fondu tərəfindəm 2,2 milyard manatlıq güzəştli kreditlər təklif olunub. Bu il əlavə olaraq 170 milyon manat güzəştli kredit formasında sahibkarlara təqdim olunacaq”.
İqtisadçının sözlərinə gösə, bu həftən etibarən sahibkara verilən kredit faizlərində də endirimlər tətbiq olunacaq: “Çünki, əgər əvvəlki illərdə güzəştli kreditlər üzrə faiz 7 faiz idisə, sonra 6 faizə qədər azaldıldı və artıq yeni qaydalara əsasən həmin faiz 5 faizə enib. Sahibkar 5 faiz ödəməklə kreditə sahib ola biləcək və bu ödəmənin 4 faizi banka, 1 faizi də dövlətə çatacaq. Beləliklə də sahibkar daha aşağı faiz ödəməklə kreditə sahib ola biləcək”.
V.Bayramov kreditləmə prosesi ilə bağlı təkliflərinin də olduğunu bildirib: “Güzəştli kreditlərlə yanaşı həm də yeni bir kredit mexanizmi tətbiq olunsun və xüsusən də girov təqdim etmək imkanı olmayan, və ya yeni fəaliyyətə başlayan sahibkarlar girov təqdim etmədən həmin kreditlərdən yararlana bilsinlər. İnkişaf etmiş ölkələrin hamısında məhz belə bir təcrübə var ki, sahibkarlar öz aktivlərini təqdim etməklə kredit almaq imkanı əldə edirlər. ahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması üçün kreditlərin verilmə mexanizminin təkmilləşdirilməsinə və yeni meyarların tətbiq olunmasına ehtiyac var ki, bunumla dasahibkarların kreditlərə çıxış imkanları genişlənsin”.
Ekspert güzəştli kreditlərin ayrılmasından sui-istifadə halları, mənimsəmə faktları müşahidə edilirmi, sulına cavab olaraq iqtisadçı bildirib ki, əvvəlki dövrlərdə belə faktlar daha çox idi və hətta Maliyyə Nazirliyinin apardığı monitorinqlər göstərirdi ki, bəzi hallarda subsidiya üçün rəqəmlərin şişirdilməsi, bəzi hallarda əkin olmayan sahələrə subsidiyanın yazılması halları olub: "Etiraf etmək lazımdır ki, bu halların sayı kəskin şəkildə azalıb. Amma təbii ki, belə halların, çatışmamazlıqların yenə də olması istisna deyildir. Çünki, bütün hallarda nəzarət mexanizminin təkmilləşdirilməsinə hər zaman ehtiyac var. Xüsusən də bu prosedurun elektronlaşması, həm də elektron torpaq reyesrinin başa çatdırılmasına ehtiyac var ki, nəticə etibarı ilə bunlada vəziyyətə tam nəzarəti həyata keçirmək mümkün olsun. Biz subsidiyaların verilməsi ilə bağlı müxanizminin təkmilləşdirilməsini də təklif edirik. Artıq bəzi məhsullarda da bu tətbiq olunur. Əvvəllki illərdə də təklif edilirdi ki, subsidiya hektara görə deyil, istehsal edilən məhsulun həcminə görə verilsin. Yəni fermer nə qədər çox məhsul istehsal edərsə o qədər də çox subsidiya əldə edə bilsin, hansı ki, bu model Amerika Birləşmiş Ştatlarının modelidir. Bu model fermeri stimullaşdırır ki, həm daha çox məhsul istehsal etsin, həm də subsidiya məhsulun həcminə görə verildiyindən sui-istifadə kimi halların qarşısı alına bilir. İstehsal edilən məhsulun qeydiyyatı daha asandır, nəinki əkilmiş torpaq sahələrinin əkilib əkilmədiyini müəyyənləşdirmək. Ona görə də subsidiyalar məhsulun həcminə görə müəyyənləşərsə, nəticədə nöqsanların aradan qaldırılmasına tam şəkildə nail olmaq olar, fermerlərin subsidiyalara çıxış imkanlarını artırmaq və subsidiyaların daha effektli şəkildə təqdim edilməsinə və istehsalın stimullaşdırılmasına nail olmaq olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB