Vüsal Qasımlı: “Unun ƏDV-dən azad olunması 30-40 qəpiyə olan çörəyin qiymətinə təxminən 5 qəpik civarında təsir göstərə bilər”
"Çörək dövlət tərəfindən tənzimlənən qiymətlər siyahısında deyil. Sadəcə dövlət çörəyin qiymətinin əhali üçün vacibliyini nəzərə alaraq, mütəmadi olaraq çörəyin qiymətini ciddi nəzarətdə saxlayır". Bunu SİA-ya açıqlamasında İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vüsal Qasımlı bildirib. Onun sözlərinə görə, son vaxtlar buğdanın istehsalçı qiymətlərinin 8.2 faiz, arpa ununun qiymətinin isə 0.4 faiz bahalaşması çörəyin qiymətinin artmasına təsirsiz ötüşə bilməzdi. O, qeyd edib ki, Azərbaycanda adambaşına illik 155 kq çörək və çörək məmulatlarından istifadə olunur. Bu da o deməkdir ki, ölkənin buğdaya olan tələbatı illik 1.5 mln ton civarındadır. Bu il isə Azərbaycanda 2 mln tondan artıq taxıl toplanacaq. Lakin hamısı ərzaq buğdası olmadığından taxılın idxalında da keçən ilə nisbətdə artım müşahidə olunacaq: "Əgər həm yerli buğdanın qiyməti bahalaşacaqsa, həm də idxalın qiyməti bahalaşacaqsa, əlbəttə onda bu çörəyin qiymətində bahalaşmaya gətirib çıxara bilər. Baxmayaraq ki, Azərbaycan təklikdə Ermənistanın və Moldovanın birgə istehsal etdiyi taxıl qədər taxıl istehsal edir, lakin bu da bizim tələbatımızı ödəmir. Buna görə də Nazirlər Kabinetinin buğda unu və ya buğda-çovdar ununun əlavə dəyər vergisindən azad olunması ilə bağlı qərarı yerində və vaxtında atılan bir addımdır. Bu addımı müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu 30-40 qəpik civarında olan zavod çörəyinin qiymətinə təxminən 5 qəpik ətrafında təsir göstərə bilər".
Dövlət tərəfindən fermerlərə taxıl əkini ilə bağlı müxtəlif yardımların göstərildiyini deyən iqtisadi ekspert hesab edir ki, bu il taxılın az olmasında müxtəlif səbəblər var: "Daha bu çox təbii fəlakət nəticəsində baş verdi. Mərkəzi Aran zonasında su altında qalan ərazilər. Şimal və Cənub regionlarda baş verən daşqınlar. Məsələnin ikinci tərəfinə qaldıqda isə taxıl və bu kimi bitkilərdə belə bir qanun var. Birinci il taxıl həddindən çox əkilir hamı həvəsə düşüb taxıl əkir. Hamı taxıl əkdiyinə görə, bazarda təklif artır və qiymətlər aşağı düşür. Gələn il qiymətlər aşağı düşdüyünə görə, taxıl əkənlərin sayı azalır. Taxıl əkənlərin sayı azaldığına görə, bazarda taxılın təklifi azalır və qiymətlər yüksəlir. Bu fonda artıq əhali növbəti il yenidən taxıl əkməyə başlayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB