Əli Abbasov: "17 milyon dəyərindəki layihənin icrası bu gün başa çatıb"
Son 20 ildə poçtlara olan tələbat azalıb". Bu sözləri jurnalistlərə açıqlaması zamanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. SİA-nın məlumatına görə, nazir tələbatın azalmasını texnologiyanın inkişafı ilə əlaqələndirib: "Son 20 il ərzində poçtlara olan ehtiyac o qədər azalıb ki, hətta poçtlar yox olmaq dərəcəsinə çatıblar. Bununla yanaşı, zamanla banklar və maliyyə sistemilərinin əhəmiyyəti daha da artır. Xarici ölkələrdə poçtların yenidən tikilməsi və təmir olunması işləri görülür ki, bu da poçtların yenidən fəal inkişafı və qeyri-ənənəvi xidmətlərin təmin edilməsi istiqamətində görülən işlərdən biridir".
Nazir belə bir layihənin gerçəkləşdirilməsi vəzifəsinin 5 il əvvəl Azərbaycana tapşırıldığını deyərək bu gün həmin layihənin təqdim ediləcəyini deyib: "Poçtların yenidən inkişafının təmin edilməsi üçün layihələrdən biri də Azərbaycana verilmişdi. 5 il əvvəl Dünya Bankı ilə Azərbaycan arasında müqavilə imzalandı. Bununla da 17 milyon dollar dəyərindəki layihə Azərpoçtda tətbiq olunmağa başlayıb. Bunun 5 milyon dolları Azərbaycan hökuməti, qalan hissəsi isə Dünya Bankı tərəfindən maliyyələşdirilib. 5 il üzərində işlənən layihə artıq hazırdır və bu gün təqdim olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB