Kompleks Qazma İşləri Trestinin "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi (DQİİ) tərəfindən "Darvin bankası" yatağındakı 660 nömrəli özüldə 662 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir. ARDNŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, geoloqlar dərinliyi 1520 metr olan quyudan sutkada 7 ton neft hasil olunacağını proqnozlaşdırırlar.
Bununla yanaşı DQİİ "Pirallahı adası" yatağındakı 1100 nömrəli quyuda da qazma işlərinə başlayıb. Dərinliyi 1150 metr olan bu quyudan da eyni nəticənin alınacağı ehtimal olunur.
Qeyd edək ki, Qirməkialtı lay dəstəsinə qazılan hər iki quyu "Abşeronneft" NQÇİ tərəfindən istismar olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB